Modern.az

Elmar Vəliyevin köməkçisi onun vəziyyətindən danışdı

Elmar Vəliyevin köməkçisi onun vəziyyətindən danışdı

Təhsil

13 Fevral 2013, 11:26

Gəncənin deputatı da icra başçısı haqqında yayılan xəbərə münasibət bildirdi


”Elmar Vəliyevin səhhətinin pisləşməsi və xəstəxanaya aparılması ilə bağlı mətbuatda gedən məlumatlar şayiədir”. Modern.az-a bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

“Mətbuatda yayılan xəbərlər Elmar müəllimi gözdən salmaq məqsədi daşıyır. İcra başçısı bu gün işə çıxıb və hazırda ərazidədir”-deyə Elmar Vəliyevin Tural adlı köməkçisi Modern.az-a söyləyib.

Gəncənin deputatı Musa Quliyev də Elmar Vəliyevin ölkə başçısının dünən keçirdiyi toplantıdan sonra halının xarablaşması və xəstəxanaya yerləşdirilməsi barədə xəbərləri təkzib edib.

”Bunlar hamısı əsassız məlumatlardır”-deyə M.Quliyev vurğulayıb

Qeyd edək ki, ilk olaraq mia.az saytı Elmar Vəliyevin prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan dərhal sonra yıxıldığı və xəstəxanaya qaldırıldığı barədə məlumat yayıb. Xəbər əksər media orqanlarında da yayılıb. 

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı