Modern.az

Ermənistan Müdafiə Nazirliyi: “Azərbaycanın hərbi texnika və xüsusi təyinatlıları sərhədboyu cəmləşir” - RƏSMİ AÇIQLAMA

Ermənistan Müdafiə Nazirliyi: “Azərbaycanın hərbi texnika və xüsusi təyinatlıları sərhədboyu cəmləşir” - RƏSMİ AÇIQLAMA

Təhsil

30 Mart 2013, 18:39


Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın hərbi texnika və xüsusi təyinatlıalrının sərhədboyu təmas xətti ətrafına cəmləşdirdiyi barədə rəsmi açıqlama yayıb. Modern.az bildirir ki, bu barədə qurumun mətbuat katibi Arsrun Ovanesyan məlumat verib.

Onun sözlərinə görə, martın 25-26-da atışmalar barədə məlumatlardan sonra Azərbaycan tərəfi fəallaşıb.
“Hazırda Ermənistan-Azərbaycan sərhəddinin bir sıra istiqamətlərində hərbi texnika və xüsusi təyinatlı qüvvələr cəmləşdirilib”-deyə o, bildirib.  

Azərbaycan Müdafiə Nazirliyi ilə bu barədə mövqe öyrənmək mümkün olmayıb.

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı