Modern.az

Bu sinfin də bütün məzunları tələbə adını qazanıb

Bu sinfin də bütün məzunları tələbə adını qazanıb

Təhsil

6 Sentyabr 2022, 22:45

İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə eyni sinfin bütün məzunları tələbə adını qazanıblar.

 

Modern.az xəbər verir ki, 5 saylı tam orta məktəbin şagirdləri təhsil uğurlarını bu il də təkrarlayıblar. Belə ki, bir sinfin şagirdlərinin hamısı - 17 məzun keçid balını toplayaraq arzuladıqları ali məktəblərə qəbul olublar.

 

Texniki təmayüllü XI b sinfinin şagirdlərindən 3 nəfəri 600, 5 nəfəri isə 500-dən artıq bal toplayıb. Həmin sinfin məzunu Aydınov Aydın Simran oğlu 676,1 balla rayon birincisidir. O, UNEC-in “İnformasiya təhlükəsizliyi” fakultəsinə daxil olub.

 

Qeyd edək ki, İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə 985 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. Bu il məktəbi bitirən 51 məzundan 34 nəfəri ali məktəbə qəbul olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...