Modern.az

İlham Əliyev bp prezidentini qəbul edib

İlham Əliyev bp prezidentini qəbul edib

Təhsil

2 May 2013, 15:14


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də bp Şirkətinin prezidenti Robert Dadlini qəbul edib.

Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə bp Şirkəti arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilərək əməkdaşlığımızın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.
bp Şirkətinin prezidenti Robert Dadli “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Söhbət zamanı “Şahdəniz” yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!