Modern.az

YAP müxalifətlə dialoq üçün ATƏT-in vasitəçiliyndən imtina etdi

YAP müxalifətlə dialoq üçün ATƏT-in vasitəçiliyndən imtina etdi

Təhsil

15 May 2013, 11:57

“Dialoq üçün ATƏT niyə vasitəçilik etməlidir? Ölkədə mətbuat və siyasi partiyaların fəaliyyət azadlığı mövcuddur”

“ATƏT-in nümayəndəsi Jao Suares bizimlə görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı partiya nümayəndələrinin fikirlərini öyrənib”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu görüşün perpektivini şərh edərkən bildirib.

Onun sözlərinə görə ATƏT nümayəndəsi həmin görüşü hakimiyyət-müxalifət dialoqunun bir forması kimi dəyərləndirib. YAP funksioneri isə hesab edir ki, bu məxsusi bir dialoq deyil.  
“Bu əslində bir görüş idi. Mətbuat isə bunu dialoq kimi təqdim etdi. Bu tam dialoq olmasa da, onun bir formasıdır”-deyə o, qeyd edib.

Deputat müxalifətə səslənərək YAP-ın həmişə dialoqa hazır olduğunu vurğulayıb. “Bizim üçün dialoq problemi yoxdur. Qapılarımız həmişə dialoq üçün açıqdır. İstənilən mövzuda hər partiya ilə müzakirələr aparmağa hazırıq”.  

Hakim partiya rəsmisi onu da əlavə edib ki, bu görüş ATƏT-in vasitəçiliyi ilə baş tutmayıb.
“Heç ATƏT-in vasitəçiliyinə də ehtiyac yoxdur. Azərbaycanda onsuz da dialoq mühiti var. Dialoq üçün ATƏT niyə vasitəçilik etməlidir? Ölkədə mətbuat və siyasi partiyaların fəaliyyət azadlığı mövcuddur”-deyə M.Qurbanlı vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Jao Suareslə görüş keçirib. Qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı Usa Qəmbərlə yanaşı, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı