Modern.az

Bayram Səfərov separatçı rejimdən “vətəndaşlıq” alan azərbaycanlılardan danışdı

Bayram Səfərov separatçı rejimdən “vətəndaşlıq” alan azərbaycanlılardan danışdı

Təhsil

15 May 2013, 12:33

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərli 6 azərbaycanlının qondarma “Dağlı Qarabağ Respublikası”nın vətəndaşlığını qəbul etməsi haqda yayılan məlumatlara aydınlıq gətirib. İcma sədri Modern.az-a açıqlamasında əsirlikdə olan azərbaycanlıların məcburi şəkildə separatçı “respublika”nın vətənşdalığına qəbul olunmasının mümkün olduğunu deyib:

“Ola bilər ki, bu məlumatlar ermənilərin növbəti yalanı olsun. Olsa belə əsirlər ola bilər. Onlar da avtomatın altın nə edə bilərlər? Məcburi şəkildə əsirlərə “vətəndaşlığı” qəbul etdirə bilərlər. Amma inanmıram belə bir şey olsun. Bu ermənilərin növbəti fırıldağıdır. Heç ermənilərin özləri vətəndaşlığa düşə bilmirlər”-deyə B.Səfərli qeyd edib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin “Statistika idarəsinin” açıqladığı hesabatda bildirilr ki, altı nəfər azərbaycanlı 90-cı illərdən sonra “Dağlı Qarabağ Respublikası”nın vətəndaşlığını qəbul edib.

Sənəddə vurğulanır ki, həmin azərbaycanlıların 1 nəfəri 30-39 yaş arasında, 1 nəfəri 40-49 yaş arasında, 1 nəfəri isə 50-59 yaş arasındadır. 3 nəfər  azərbaycanlının yaşı isə 60 yaşdan yuxarı göstərilir.  

Bildirilir ki, onlardan 3 nəfəri Xankəndində, 3 nəfəri isə işğal olunmuş kəndlərdə yaşayılar.

Məlumatda bu azərbayacanlılar “daimi yaşayan əhali” kimi qeyd olunublar.

Xatırladaq ki, seperatçı rejim azərbaycanlılardan 1 nəfərin ali təhsili, 2 nəfərinin orta ixtisas təhsilli olduğunu bildirir. Bir azərbaycanlı qadın ali təhsilli, bir qadın isə orta ixtisas təhsillidir. Qondarma “respublikanın” vətəndaşlığını qəbul etmiş azərbaycanlıların adları isə açıqlanmır.

Anar RÜSTƏMOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı