“Azal” futbol klubunun baş məşqçisi Vaqif Sadıxov milli komandamızın əcnəbi baş məşqçiləri ilə bağlı Modern.az-a danışıb. Onun sözlərinə görə, milli komandamızı müxtəlif illərdə çalışdırmış braziliyalı Karlos Alberto Torres, makedoniyalı Qyoko Hacıyeviski və indiki alman çalışdırıcı Berti Fokusun futbola yanaşmaları fərqlidir.
“Karlos Alberto Torres millini çalışdıranda yığma daha çox hücum futbolu nümayiş etdirirdi. Bu da braziliyalı olduğu üçün belə idi . Hacıyeviski isə seçim dövründə yaşayırdı. Bu sözləri ona görə deyirəm ki, bu çalışdırıcı komanda çox az işlədi. Bu məşqçilərdən fərqli olaraq alam Berti Fokus millidə daha çox oyun keçirib. Demək olar ki, xeyli müddətdir millinin sükanı arxasındadır. O, Azərbaycan futbolunu və futbolçularını yaxşı tanıyır. Zənnimcə, bu gün Foqts fəaliyyətsiz deyil. Ümumiyyətlə, futbolda nəticə bir neçə amildən asılıdır. Başlıca məsələ işə peşəkar yanaşmadır”.
Abbas Qəmli