Modern.az

“Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmasa, Milli Şura parçalanacaq”

“Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmasa, Milli Şura parçalanacaq”

Təhsil

24 İyun 2013, 16:21

“Rüstəm İbrahimbəyovun “Milyarderlər İttifaqı”nın üzvü olması baxımından hakimiyyət dəyişikliyinə ümid bəslənilir. Amma iqtidarın Milli Şuranın əlinə keçəcəyi təqdirdə ictimai ittihamdan yayınmaqdan ötrü vahid namizəd məsələsində geriçəkilmə müşahidə olunur”.

Bunu Modern.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu aparıcı müxalifət liderlərinin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsi ilə bağlı verdikləri açıqlamaları  şərh edərkən bildirib. Onun sözlərinə görə Müsavat başqanı İsa Qəmbər nisbətən fərqli siyasət aparır.

“Vahid namizəd məsələsinin həll olunmayacağı təqdirdə, çox güman ki, İsa Qəmbər Milli Şurada axıra qədər getməyəcək”-deyə vurğulayıb.

ADP sədri onu da əlavə edib ki, Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmasa, vahid namizəd məsələsində Milli Şurada ümumi razılıq əldə olunmayacaq.

“Belə olan halda isə Milli Şurada parçalanma olacaq”-deyə vurğulayıb.

 

Aqşin Kərimov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı