Modern.az

Hüseyn Abdullayev özünə vəkil tutdu

Hüseyn Abdullayev özünə vəkil tutdu

Təhsil

28 İyun 2013, 22:33


İnterpol vasitəsilə axtarışa verilən Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsinə rəsmi müraciət göndərilib. Bu barədə məlumatı H.Abdullayevin vəkili Kamandar Nəsibov bildirib.

K. Nəsibovun sözlərinə görə, Hüseyn Abdullayevin hansı vergi cinayətində ittiham olunması ilə bağlı rəsmi məlumat əldə edildikdən sonra bu barədə daha geniş danışmaq mümkündür: “Rəsmi müraciət bu gün göndərilib, ona görə də cavabı aldıqdan sonra söhbətin hansı vergidən getdiyi aydın olacaq”.

Qeyd edək ki, K.Nəsibov dünəndən etibarən Hüseyn Abdullayevin vəkili kimi onun qohumları ilə müqavilə imzalayıb.(aznews.az)

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı