Modern.az

Sabahdan hava kəskin dəyişəcək - yağış yağacaq

Sabahdan hava kəskin dəyişəcək - yağış yağacaq

Təhsil

3 İyul 2013, 13:02

Azərbaycan ərazisində iyulun 6-na kimi hava şəraitinin sərin keçəcəyi və yağış yağacağı bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, küləkli, yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir.
Məlumata görə, iyulun 4-ü yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Küləkli hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 4-də əsasən səhər və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı ehtimal olunur.
Havanın temperaturu gecə 17-22, gündüz 29-34, dağlarda gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı