Modern.az

800 min insanın qətlə yetirildiyi soyqırımdan 16 il ötür

800 min insanın qətlə yetirildiyi soyqırımdan 16 il ötür

Təhsil

7 Aprel 2010, 12:10

Bu gün Afrikanın Ruanda ölkəsində baş vermiş soyqırımdan 16 il keçir. BMT Ruandada baş vermiş Tutsi soyqırımının 16-cı il dönümü qeyd edilir. 1994-cu ildə 100 gün davam edən soyqırım nəticəsində Tutsi qəbiləsindən olan 800 min insan Hutu tayfası mənsubları tərəfindən amansızca qətlə yetirilib. Bu hadisə ilə əlaqədar Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı yaradılıb və soyqırım haqqında ilk beynəlxalq məhkəmə qərarı məhz bu xüsusi yaradılmış beynəlxalq tribunal tərəfindən verilib. BMT Baş katibi Pan Gi Mu soyqırımı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Modern.az-a daxil olan müraciətdə bildirlir: “Birləşmiş Millətlər Təşkilatı olaraq hər zaman  soyqırım qurbanlarının taleyi ilə bağlı ədalətin bərqərar olunması və gələcəkdə bu tipli dəhşətli hadisələrin baş verməməsi üçün bütün gücümüzlə fəaliyyət göstəririk…

 

BMT-nin Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı ədalətin bərqərar olunması yolunda işini davam etdirir. Davamlı dəstəklərini əsirgəmədikləri üçün Üzv Dövlətlərə öz dərin minnətdarlığımı bildirir və qalan 11 qaçaq cinayətkarın da tapılıb məhkəməyə verilməsini təmin etmək üçün Beynəlxalq Cinayət Tribunalı ilə əməkdaşlıq etməyə dəvət edirəm”. Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir