Ermənistan parlamentinin üzvləri sabiq prezident Robert Köçəryanın siyasətə qayıdışına etiraz edir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, parlamentarilər Köçəryanın böyük siyasətə qayıdışı perspektivindən narazılıqlarını bildirirlər. Parlamentin bir neçə üzvü eks-prezidentə qarşı bəyanatla çıxış edib. Deputat Viktor Dallakyan Köçəryanın dönüşünü qeyri-məqbul hesab edir. Onun sözlərinə görə, “Köçəryanın böyük siyasətə qayıdışı mümkün deyil, çünki onun hakimiyyəti dövründə 27 oktyabr və 2004-cü il 1 mart hadisələri baş verib”.
“Varis” parlament fraksiyasının üzvü Anait Başxyan hesab edir ki, Köçəryanın siyasətə qayıtması barədə yayılan şayiələri təkzib edən və bu xəbərləri əsassız hesab edənlər indi 10 illik hakimiyyəti dövründə ölkədə avtoritar rejimin əsaslarını möhkəmləndirmiş bir adama haqq qazandırmaq istəyirlər. “Bu adamın adı 27 oktyabr və 1 mart hadisələri ilə bağlıdır. Bu adamın hakimiyyəti Konstitusiya ilə əsaslanmış qanuni sərhəd tanımayıb. Yaddan çıxarmaq olmaz ki, Köçəryanın hər hansı vəzifəyə gətirilməsi xarici və daxili çağırışlara zərbə olacaq”.
Qeyd edək ki, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan da Köçəryanın siyasətə qayıdışını qeyri-mümkün hesab edir. Onun sözlərinə görə, mart hadisələrini törətmiş Köçəryan Haaqa Beynəlxalq Tribunalına verilməlidir.