Modern.az

Ermənilər hərbi əsiri Azərbaycana qaytardı

Ermənilər hərbi əsiri Azərbaycana qaytardı

Təhsil

7 Aprel 2010, 12:53

Ermənistan azərbaycanlı hərbi əsiri bu gün geri qaytarıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonunun Kəmərli kəndində əsir götürülən Rafiq Həsənov bu gün saat 12:00-da Azərbaycan tərəfinə qaytarılıb.

Bu, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində mümkün olub.  Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu ərazisində həyata keçirilib.

Qeyd edək ki, hazırda Ermənistanda daha iki azərbaycanlı əsir-2009-cu il mayın 10-da cəbhənin Füzuli istiqamətində əsir götürülmüş əsgər Anar Hacıyev və 2009-cu ilin dekabrında Tovuz rayonunda girov götürülmüş Eldar Tağıyev saxlanılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir