Modern.az

Ağ ev: “Obama Sərkisyanla görüşəcək, Ərdoğanla görüşməyəcək”

Ağ ev: “Obama Sərkisyanla görüşəcək, Ərdoğanla görüşməyəcək”

Təhsil

7 Aprel 2010, 14:14

Ümidlər puç oldu. Ağ evin mətbuat xidməti aprelin 12-13-də Vaşinqtonda keçiriləcək nüvə sammiti sərçivəsində prezident Barak Obamanın keçirəcəyi ikitərəfli görüşlər barədə məlumat verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Ağ evin mətbuat katibi Robert Gibbs Obamanın dünya liderləri ilə görüşlərinin siyahısını açıqlayıb.

Mətbuat üçün verilən açıqlamada bildirilir ki, prezident Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Obamanın keçirəcəyi görüşlər siyahısında isə Ermənistan prezidenti Serj Sərkisyanın adı çəkilir. Robert Gibbs gündəlik mətbuat konfransında nüvə sammitində 47 ölkənin iştirak edəcəyini deyib. Gibbs zirvə gedişində Obamanın ikitərəfli görüşlərinin siyahısını açıqlayıb:  Ermənistan prezidenti Serj Sərkisyan, Çin lideri Xu Xintau, Almaniya federal kansleri Angela Merkel, Hindistanın baş naziri Manmohan Sinqx, İordaniya kralı 2-ci Abdullah, Malayziya hökumət başçısı Najib, Pakistanın baş naziri Gilani, Şimali Afrika Respublikasının  prezidenti Zuma və Qazaxıstan prezidenti Nursultan Nazarbayev.

Gibbs Ərdoğan-Obama və yaxud  Ərdoğan -Obama-Sərkisyan formatında hər hansı görüş olmayacağını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir