Modern.az

Milli Şuranın mətbuata qapalı iclası başladı

Milli Şuranın mətbuata qapalı iclası başladı

Təhsil

9 İyul 2013, 11:04


Milli Şuranın bu günə təyin olunan III sessiyası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçirilən iclas mətbuata qapalı keçirilir.

Sessiyada MŞ-ın vahid namizədi Rüstəm İbrahimbəyovun seçki qərargahının yaradılması ətrafında müzakirələr aparılacaq. Həmçinin iclasda Milli Şuranın komissiyaların, komitələrin yaradılması ilə da gündəmə gətiriləcək.

İclasda Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edirlər. Jurnalistlərin iştirak etmədiyi iclasın sonunda brifinq keçiriləcək.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı