|
|
Müxalifətin isə etiraz aksiyaları ölkə ərazisinə yayılır. Bu gün İsık Kull vilayəti müxalifətin tərəfinə keçib. Əldə olunan məlumatlara görə, iğtişaşlar gedişində ölkənin daxili işlər naziri Moldomus Konqatiyev qətlə yetirilib. Nazir Talasda aldığı yaralardan sonra vəfat edib. İğtişaşlar gedişində həlak olanların sayı 12 nəfərə çatıb. Müxalifət isə 17 nəfərin həlak olduğnu deyir. Yaralı sayının isə hər saat artdığı qeyd olunur.
Modern.az-ın ən son məlumatına görə, Qırğızıstan Dövlət Teleradioyayım şirkəti fəaliyyətini dayandırıb.