Modern.az

Qırğız müxalifəti parlament binasını ələ keçirib

Qırğız müxalifəti parlament binasını ələ keçirib

Təhsil

7 Aprel 2010, 19:45

 


Qırğızıstanın paytaxtı Bişkekdə nümayişçilər parlamentin binasına daxil olub. Nümayişçilər arasında yenicə azadlığa buraxılmış müxalifət lideri, parlamentin keçmiş sədri Omurbek Tekebayev də var.

Xatırladaq ki, təqribən 3 saat əvvəl Qırğızıstanda mitinq edən müxalifətçilər Talas vilayətinin Daxili İşlər İdarəsi binasını ələ keçirib. Yerli mətbuatın məlumatına görə, binaya soxulan etirazçılar respublikanın daxili işlər naziri Moldomus Konqatiyev, baş nazirin müavini Akılbek Japarov və Talas vilayətinin qubernatoru Beyşenbek Bolotbekovu girov götürmüşdülər.

Qırğızıstan müxalifətçiləri tərəfindən girov götürülən daxili işlər naziri Moldomus Konqatiyev isə dünyasını dəyişib. Yerli hüquq-müdafiə təşkilatından Rusiyanın “İnterfaks” agentliyinə verilən məlumata görə, Konqatiyev Talas vilayətində xəstəxanaya aparılan zaman aldığı xəsarətlərdən yolda keçinib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir