Modern.az

Qırğızıstanda hakimiyyət müxalifətin əlinə keçib, prezident ölkədən qaçıb

Qırğızıstanda hakimiyyət müxalifətin əlinə keçib, prezident ölkədən qaçıb

Təhsil

8 Aprel 2010, 00:26

Qırğız müxalifəti istəyinə nail oldu. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qırğızıstanda hakimiyyət çevrilişi baş verib. Müxalifətin təzyiqləri altında prezident Kurmanbek Bakiyev ölkədən qaçıb. Onun təyyarəsi “Manas” hava limanından naməlum istiqamətə uçub. Bakiyevin ailəsinə məxsus ev maroderlər tərəfindən yağmalanıb. Sonra isə yandırılıb. Bakiyevin ölkəni tərk etməsini “Manas” hava limanının xidmət heyəti təsdiq edib.
Məlumatda bildirilir ki, Bakiyev ailəsi ilə birlikdə kiçik təyyarədə bir neçə nəfərin müşayiəti ilə Almaatıya uçub.  Qırğız hökuməti tam tərkibdə istefa verib.
Baş nazir səlahiyyətlərini icra edən Roza Otunbayeva bəyan edib ki, ölkədə hakimiyyət tam olaraq müxalifətin nəzarətinə  keçib. Müxalifətin qərarı ilə Roza Otunbayeva xalq etimad hökumətinin başçısı seçilib.  
Onun sözlərinə görə, indiki hökumət başçısı Daniyar Usenov vəzifə səlahiyyətlərindən imtina etməsinə dair ona yazılı ərizə verib. Hələlik yeni hökuəmtin tərkibi formalaşmayıb, vəzifə səlahiyyətləri ayrı-ayrı müxalifət liderləri tərəfindən icra olunur.

Polislə nümayişçilər arasındakı toqquşmalarda 100-ə yaxın adamın öldüyünü deyirlər.

Kreml isə Kumanbek Bakiyevin Rusiyaya gəlməsini təsdiqləməyib. Kremldəki mənbə “çətin ki. Moskvada Bakiyevi heç kim gözləmir”deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir