Modern.az

Mursi cəsusluqda ittiham olundu

Mursi cəsusluqda ittiham olundu

Təhsil

15 İyul 2013, 09:53

Misirin devrilən prezidenti Məhəmməd Mursi haqqında cəsusluq, sülh nümayişçilərinə qarşı cinayətə təşviq və ölkə iqtisadiyyatına küllü miqdarda ziyan vurma maddəsi ilə cinayət işi açılıb.

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Mursinin xarici agentliklərə cəsusluq eləməsi haqda iddia qaldırılıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Misirdə ilk dəfə səsvermə yolu ilə hakimiyyətə gələn “Müsəlman qardaşlarının” lideri Məhəmməd Mursi  iyulun 4-də devrilərək həbs edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı