Modern.az

Qırğızıstanda yeni prezident seçkiləri keçiriləcək

Qırğızıstanda yeni prezident seçkiləri keçiriləcək

Təhsil

8 Aprel 2010, 16:32

Qırğızıstanda növbəti prezident seçkiləri keçiriləcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müvəqqəti hökumətin başçısı Rosa Otunbayeva  bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, prezident seçkiləri 6 aydan sonra həyata keçiriləcək. Qeyd edək ki, kütləvi iğtişaşlar nəticəsində baş tutmuş hökumət çevrilişindən sonra  ölkəyə nəzarət  üçün müvəqqəti hökumət yaradılıb. Müvəqqəti hökumətə rəhbərlik isə 2005-ci il “zanbaq inqilabı”da indiki prezident Kurmanbek Bakiyevin sağ əli və ölkənin keçmiş xarici işlər naziri Roza Otunbayevaya həvala olunub.

 

“Hakimiyyət müvəqqəti hökumətin nəzarəti altındadır. Bu cür sistem yeni Konstitusiyanın işlənib hazırlanması və bütün demokratik normalara cavab verəcək prezident seçkilərinin təşkili üçün 6 ay müddətində fəaliyyət göstərəcək”,-deyə Otunbayeva bildirib.

Qeyd edək ki, müvəqqəti hökumət parlamenti buraxıb, prezident və Nazirlər Kabinetinin bütün səlahiyyətlərini öz əlində cəmləşdirib.

Müxalifətçilər bildirir ki, milis, ordu və sərhəd xidməti onların tərəfinə keçib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı