Vaşinqtonda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sərkisyan arasında görüş olacaq. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Ərdoğanın Vaşinqtonda görüş keçirmək barədə təklifini qəbul edib. Hər iki lider Vaşinqtonda nüvə təhlükəsizliyinə dair sammitdə iştirak edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan bildirib.
Xatırladaq ki, Serj Sərkisyan İrəvanda səfərdə olan Türkiyə baş nazirinin səlahiyyətli nümayəndəsi Firudin Sinirlioğlu ilə görüşüb. Bu görüşdə Sinirlioğlu Ərdoğanın Vaşinqtonda Sərkisyanla görüşmək təklifini erməni tərəfə çatdırıb.