Bu gün Praqada bir araya gələn Rusiya və Amerika prezidentləri Barak Obama və Dmitri Medvedev Strateji Hücum Silahlarının məhdudlaşdırılması və azaldılmasına dair çoxdan gözlənilən müqaviləni imzalayıblar. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müqavilə sərt partitet əsası nəzərdə tutur. 2002-ci il Moskva müqaviləsi ilə müqayisədə tərəflər nüvə başlıqlarının ümumi sayının üçdə birini azaltmağa razılaşıblar. Qeyd edək ki, Moskva müqaviləsi ilə tərəflər hər iki ölkə üçün 1700-2200 nüvə başlığını azaldıblar.
İTAR-TASS agentliyinin məlumatına görə, bundan əlavə, Rusiya və ABŞ strateji daşıyıcıların mümkün səviyyəsini də 2 dəfə azaltmağa qərar veriblər.