Modern.az

Tiflisdə də qarşıdurma baş verib

Tiflisdə də qarşıdurma baş verib

Təhsil

8 Aprel 2010, 17:55

Bu gün Tiflisdə  müxalifət və hüquq-mühafizə orqanları əməkdaşları arasında 2 toqquşma baş verib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, keçmiş baş nazir, hazırda müxalifətdə olan Zurab Noqaidelinin rəhbərlik etdiyi Milli Şuranın üzvləri də toqquşmada iştirak edib. Mövcud hakimiyyəti konstitusiya çərçivəsində devirməyəi qarşıya məqsəd qoyan  Milli Şuraya daxil olan partiyalar mayın 30-da Tiflis meri seçkilərində vahid namizədlə çıxış etmək niyyətindirlər. Bu gün Şuranın üzvləri öz təbligat materiallarını götümək üçün “Tbiliselebi” nəşriyyatına gəliblər. Lakin polis onlara nəşriyyata girməyə imkan verməyib. Buna etiraz olaraq müxalifətçilər nəşriyyatın qarşısından keçən küçəni bağlayıblar. Baş vermiş toqquşma gedişində Şurada təmsil olunan bir sıra müxalifət liderləri həbs olunub. Onlardan biri döyülüb. Müxalifətçilər əvvəlcə narkoloji testdən keçirilib, daha sonra şəhər Baş Polis İdarəsinə  aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir