Modern.az

İlham Əliyevin Estoniya səfəri başa çatıb

İlham Əliyevin Estoniya səfəri başa çatıb

Təhsil

8 Aprel 2010, 20:45

Aprelin 8-də Estoniyada dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Tallinndə, Kadriorqdakı Prezident sarayında rəsmi yolasalma mərasimi olub.
AzərTAc xəbə verir ki, Azərbaycanın və Estoniyanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycan nümayəndə heyətinin üzvləri, Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın dövlət və hökumət nümayəndələri ilə sağollaşıblar.
Sonra Estoniya Prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı yola salıblar.
Azərbaycan Prezidenti elə bu gün Bakıya qayıdıb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir