Modern.az

“Ankara Bakının nəbzini yoxlayır”

“Ankara Bakının nəbzini yoxlayır”

Təhsil

9 Aprel 2010, 16:26

Bu gün Türkiyə baş nazirinin səlahiyyətli nümayəndəsi Firudin Sinirlioğlu Bakıya gəlib. Modern.az xəbər verir ki, türk mətbuatı Sinirlioğlunun Ermənistandan sonra Azərbaycana səfər etməsinə xüsusi diqqətlə yanaşır.  Mətbuat yazır ki, Firudin Sinirlioğlunun səfərləri ilə Ankara Bakının nəbzini yoxlayır. Qeyd olunur ki,  Sinirlioğlu baş nazir Ərdoğanın məktubunu çatdırmaq üçün  Bakıya gəlib. Türkiyə hökumət nümayəndəsinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Prezident İlham Əliyev tərəfindən qəbul olunacağını qeyd edən mətbuat diplomatik mənbələrə istinadən xəbər verir ki, Sinirlioğlu Bakıdakı təmasları çərçivəsində Ermənistandakı görüşlərinə dair məlumat verəcək.   Ayrıca olaraq Ankara Vaşinqtonda baş nazir Ərdoğanın iştirak edəcəyi nüvə sammitindən əvvəl rəsmi Bakının nəbzini yoxlamaq istəyir. Mətbuat Vaşinqton zirvəsinə Azərbaycanın dəvət olunmamasına da diqqət çəkir. Diplomatik qaynaqlar isə bunun səbəbini ABŞ-a məxsus mexaniki kriteriyalarla bağlayır və tədbirə yalnız nüvə proqramı olan ölkələrin dəvət olunduğuna diqqət çəkir.

 

Buna rəğmən diplomatik mənbələr qeyd  edir ki, Ankara Vaşinqtondakı tədbirə Azərbaycanın yox, Ermənistanın dəvət olunmasından dolayı öz narazılığını dilə gətirib. O da bildirilir ki, rəsmi Ankara öz narazılığını ən yüksək səviyyədə ABŞ rəhbərliyinə çatdırıb.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir