Modern.az

Gürcüstanda “Qırğızıstan ssenarisi” işə düşür

Gürcüstanda “Qırğızıstan ssenarisi” işə düşür

Təhsil

9 Aprel 2010, 17:49

Gürcü müxalifəti Qırğızıstandakı son hadisələrdən sonra xeyli fəallaşıb. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, qırğızlar gürcü müxalifətinin konsolidasiyası üçün presedent yaradıb. “Ədalətli Gürcüstan Uğrunda” müxalifət partiyasının lideri Zurab Noqaideli və Xalq Partiyasının lideri Koba Davitaşvili prezident Mixail Saakaşviliyə açıq mesaj ünvanlayaraq  müxalifət fəallarının həbsinin davam edəcəyi təqdirdə Gürcüstanda Qırğızıstan hadisələrnin təkrar olunacağı barədə xəbədarlıq ediblər. Qeyd eəək ki, gürcü polisi “Mili Şura”da təmsil olunan bir sıra müxalifət liderini həbs edib.

 

“Qırğızıstanda siyasi liderlərin həbsindən sonra inqilab baş verib. Əgər Saakaşvili və ya Merabişvili (Gürcüstan DİN başçısı –Modern.az) müxalifət düşərgəsindən kiməsə toxunmağa cəhd etsələr, davamı olaraq ölkədə Qırğızıstan hadisələri baş verəcək, bununla da onların hakimiyyətinin sonu çatacaq”,-deyə Koba Davitaşvili bildirib.

 

Keçmiş baş nazir Zurab Noqaideli də sərt danışıb. “Əgər mayın 30-da prezident Saakaşvili bəyan etsə ki, bizim Tbilisi mer seçkələrində qazandığımız səs cəmi 1 faizdir, bu, onsuz da baş verəcək, o çox səhv edəcək. Saakaşvili bütün addımlarından biz Gürcüstanda inqilab qoxusunu dolaşdığını görürük. Bu, Saakaşvili və Merabişvili üçün ağır  olacaq. Mən bunu vəd edirəm”,-deyə Noqaideli bildirib.

 

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir