Modern.az

Polşa bütün hərbi komandanlığını itirib

Polşa bütün hərbi komandanlığını itirib

Təhsil

11 Aprel 2010, 00:42

Rusiyanın Smolensk vilayətində qəzaya uğramış Tu-154 təyyarəsində Polşa Respublikası Silahlı Qüvvələrinin demək olar ki, bütün ali rəhbər həyəti ölub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa qəzetləri  bütün ali hərbi komandanlığın həlak olmasına geniş yer verib. 

Polşada nəşr olunan "Gazeta Wyborcza" qəzeti yazır ki, Polşa özünün ali hərbi rəhbərliyindən məhrum olub. Qəzet  “Necə ola bilər ki, tam bir an içində ölkə bütün hərbi komandanlığından məhrum olsun” süalı verir. 
Faciədə Polşa Silahlı Qüvvələri Baş Qərargah rəisi Françişek Qonqor, quru qoşunları komandanı general Tadeuş Buk, Hərbi Dəniz Donanmasının rəhbəri, vitse-admiral Angey Karveta, xüsüsi təyinatlı qoşunların komandanı Vldzimej Potasinksi, Polşa ordusunun operativ komandanlığının rəhbəri, ordu generalı Bronislav Kvyatkovski, Hərbi Hava Qüvvələri komadanı, ordu generalı  Angey Blasik həlak olublar. Qəzada eyni zamanda milli müdafiə nazirinin müavini Stanislav Komarovski, Polşa silahlı qüvvələrinin səhra yepiskovu general Tadeuş Plotski də həlak olublar.  

Bir an içində Polşa özünün bütün ali rütbəli hərbçilərini itirib. Polşa hərbçiləri indi belə bir sual üzərində baş sındırır: “Bu adamlara eyni bir təyyarədə olmağa kim icazə verib?”.  Ölkənin ali baş komandanı və silahlı qüvvələrin başçısı yoxdur. 

Hərbi ekspert  Qjeqoj Xoldanoviç qeyd edir ki, bütün hərbi rəhbərliyin birlikdə uçmasına dair  hər hansı təlimat yoxdur. “Əlbəttə ki, prezident və baş nazir də birlikdə uça bilməz. Onlar ayrılıqda uçmalı idilər, bunun üçün isə səbəblər çoxdur. Dəhşətlisi odur ki, dünyanın elə bir ölkəsi yoxdur ki, cəmi 6 ay ərzində həm baş nazirin vertolyotu, indi isə  prezidentin təyyarəsi qəzaya uğrasın”,-deyə hərbi ekspert bildirir. Onun sözlərinə görə, bütün bunlar gələcək üçün bir dərs olmalıdır.

Qeyd edək ki,  prezident Lex Kaçinskinin rəhbərlik etdiyi 98 nəfərdən ibarət nümayəndə heyəti Smolensk vilayətində Katında  polşalı repressiya qurbanlarının anım mərasimində iştirak etməli idi. Tu-154 təyyarəsində Polşanın ali hərbi və siyasi rəhbələri, parlament nümayəndələri, din və ictimai xadimləri olub. Onların hamısı həlak olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir