Polşa prezidenti Lex Kaçinski və 95 digər şəxsin cəsədi aşkar olunaraq Moskvaya gətirilib. Modern.az “Ria-novosti” agentliyinə istinadən xəbər verir ki, Moskvadan Lex Kaçinski və digər yüksəkrütbəli polşalı nümayəndələrin cənazəsi Varşavaya yola salınıb. Bu məqsədlə Polşadan xüsusi təyyarə gəlib.
Aprelin 11-də Smolenskdə Lex Kaçinski və digər faciə qurbanlarının xatirəsi anılıb. Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski və Rusiyanın baş naziri Vladimir Putin Smolenskdə hadisə yerinə baş çəkiblər.
Polşa Seymində isə matəm mərasimi başlayıb. Ölkədə 7 günlük matəm elan olunub. Paytaxt sakinləri əllərində gül dəstələri Moskvadan gələn təyyarəni qarşılamağa çıxıb.
Xatırladaq ki, “Tu-154 “təyyarəsi Varşavadan Rusiyanın Belorusla sərhəd Smolensk şəhərinə yollanarkən qəzaya uğrayıb. Təyyərədə 88 sərnişin və 8 gəmi heyəti olub. Prezident Kaçinskinin Rusiyaya səfərinin məqsədi Xatın qətliamının 70 illiyinə həsr edilmiş mərasimdə iştirak etmək olub. Təyyarənin “qara qutu”sunu araşdıran xüsusi komissiya faciənin baş vermə səbəbləri kimi pis hava şəraiti, “insan faktoru” və texniki nasaslığı gözdən keçirir.
Lex Kaçinski dostunun sözünə niyə baxmadı?
Rusiyada təyyarə qəzasında həlak olmuş Polşa prezidenti Lex Kaçinskinin yaxın və köhnə dostu aktyor Zakşinski Smolensk faciəsinə 3 gün qalmış Polşa dövlət başçısını Rusiya səfərindən çəkindirməyə çalışıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, lakin Lex Kaçinski dostunun sözünə baxmayıb. Lifnyus.ru saytının məlumatına görə, Zakşinski Lex Kaçinskiyə “uçmaqdan qorx. Lazım deyil!. Təyyarələr son vaxtlar qəzaya uğrayır”deyib. Lakin prezident özünün 80 yaşlı dostunun sözünə baxmayıbı. Və qəzaya düşüb”,-deyə Lifnyus.ru yazıb. Məlumata görə, Lex Kaçinski Rusiyaya uçmazdan əvvəl özü də bir qədər rahatsız olub. Lakin Katında keçiriləcək matəm mərasimində o iştirak etməyə bilməzdi.
Təyyarə qəzası Rusiyanı alçaldacaq
Rusiya Kommunist Partiyası hesab edir ki, Smolenskdə baş vermiş faciəli təyyarə qəzası Rusiyanın izolyasiyası üçün bəhana ola bilər. Bu barədə partiyanın rəsmi saytı məlumat yayıb. Qeyd olunur ki, Smolensk altında baş vermiş qəza yenidən Rusiya-Polşa münaqişəsinin qızışmasına və hətta Rusiya və Qərb arasında konfliktə səbəb ola bilər.
“Smolenskdə Katın səmasında baş vermiş yeni faciə Rusiyanın yeni bir beynəlxalq alçaldılmasına və onun təcridinə daha bir bəhanə ola bilər”,-deyə kommunistləri bildirir.
Modern.az