Modern.az

NATO Qarabağ münaqişəsinin ədalətli həllinə ümid edir

NATO Qarabağ münaqişəsinin ədalətli həllinə ümid edir

Təhsil

12 Aprel 2010, 12:12

 

“Biz Dağlıq Qarabağ münaqişəşinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Madrid prinsipləri əsasında ədalətli həllinə ümid edirik”. Modern.az xəbər verir ki, bu barədə Bakıda səfədə olan NATO Parlament Assambleyasının Siyasi Komitəsinin tərəfdaşlıq üzrə alt komitəsinin sədri Rayner Ştinner bu gün jurnalistlərə bildirib.  Onun sözlərinə görə, Azərbaycana səfərə gəlmiş NATO nümayəndə heyətinin tərkibində Şimali Atlantika blokunun üzvü olan 10 ölkənin nümayəndələri təmsil olunur.

 

Qeyd edək ki  NATO  nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi Azərbaycan ilə NATO arasında münasibətlərin mövcud durumunu müzakirə etməkdir. Səfər çərçivəsində qonaqların Milli Məclisdə və digər dövlət orqanlarında görüşləri nəzərdə tutulub. Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun sözlərinə görə, NATO-nun Azərbaycana marağı çox böyükdür və ölkəmizlə əməkdaşlığa önəm verilir. “Biz də bu əməkdaşlığın tərəfdarıyıq və NATO ilə əlaqələri davam etdirmək niyyətindəyik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qarabağa görə müxalif ermənini TƏHQİR ETDİ: Dava düşdü