Modern.az

ABŞ-ın media ekspertləri ilə Bakıda görüş olub

ABŞ-ın media ekspertləri ilə Bakıda görüş olub

Təhsil

6 Avqust 2013, 17:54

6 avqust 2013-cü il tarixində Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) ofisində Azərbaycanda səfərdə olan ABŞ-ın media ekspertləri ilə görüş keçirilib. Görüşdə ABŞ-ın Kolumbiya Universitetinin professoru Linkoln Mitçel, Vaşinqton Universitetinin professoru Keyti Pirs, müstəqil ekspert Rəşad Şirinov, AHK İdarə Heyətinin üç üzvü – Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, millət vəkili Qüdrət Həsənquliyev, millət vəkili Fazil Mustafa, həmçinin Azərbaycan Hüquqlar Konsorsiumu layihəsinin rəhbəri Ramil İskəndərli, AHK-nın mətbuat katibi, Hüquq.tv-nin baş redaktoru Pərvin Abbasov iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının KİV-ə dair qanunvericiliyi, ölkə mətbuatının problemləri, o cümlədən jurnalistlərin professionallığı və medianın reklam bazarı, həmçinin diffamasiya haqqında qanunvericilik və digər məsələlər müzakirə olunub. Qonaqların müvafiq məsələlərlə bağlı sualları cavablandırılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...