Modern.az

Kaçinskinin təyyarəsində partlayış olmayıb

Kaçinskinin təyyarəsində partlayış olmayıb

Təhsil

13 Aprel 2010, 18:25

Rusiya baş nazirinin müavini Sergey İvanov Polşa prezidenti Lex Kaçinskinin uçduğu Tu-154 təyyarəsində partlayış olmasına dair məlumatları təkzib edir. Modern.az  İTAR-TASS-a istinadən xəbər verir ki, İvanovun sözlərinə görə, qəzaya uğramış təyyarədə nə partlayış, nə də yanğın baş verməyib. ““Qara qutu”nun yazılarının ilkin öyrənilməsi və hadisə yerində aparılmış araşdırmalar göstərib ki, təyyarənin göyərtəsində partlayış və yanğın baş verməyib. Təyyarənin mühərrikləri yerlə toqquşma anına qədər işlək vəziyyətdə olub”,- deyə İvanov bildirib.

Onun sözlərinə görə,  Tu-154-ün yazı lentlərinin öyrənilməsi işi həftənin sonlarında başa çatacaq. İvanov qeyd edib ki, hazırda təyyarənin göyərtəsində səslərin identifikasiyası və danışıq yazıları göstəricilərinin sinxronlaşdırılması aparılır. O, bu işin müəyyən qədər vaxt tələb etdiyini deyib. Hökumət rəsmisi qəzaya uğramış təyyarənin qalıqlarının mühafizə olunan əraziyə  daşınması işinin bu gün yekunlaşacağını bildirib.

 

Qeyd edək ki, Polşanın Hərbi Prokurorluğu qəzanın səbəblərinin araşdırılması üzrə müstəqil təhqiqat aparır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı