Sabah Azərbaycan ərazisində havanın temperaturu yenidən düşəcək, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 8-də havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacaq. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 8-də əsasən şimal rayonlarından başlayaraq şimşək çaxacaq, arabir yağış yağacaq. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
Məlumata görə, qeyri-sabit hava şəraiti avqustun 11-nə kimi davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı avqustun 8-də və 9-da qeyd olunacaq.
Modern.az