Modern.az

Azad Məmmədov: “İTV-dən səhhətimə görə ərizə yazıb çıxmışam"

Azad Məmmədov: “İTV-dən səhhətimə görə ərizə yazıb çıxmışam"

Təhsil

7 Avqust 2013, 16:05


İctimai Televiziya və Radio Yayımları Şirkətivinin Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Məmmədov işdən çıxması ilə bağlı mətbuatda yayılan xəbərlərlə aydınlıq gətirib. Modern.az-ın məlumatına görə, İTV-dən getdiyini təsdiqləyən A.Məmmədov bunun səhhəti ilə bağlı olduğunu bildirib.

Azad Məmmədovun bəyanatını təqdim edirik:

- Avqustun 6-da bir sıra internet portallarında mənim İTV Həmikarlar İttifaqı Komitəsi sədrliyindən uzaqlaşdırıldığım barədə həqiqətə uyğun olmayan informasiya yayılıb. Bu vəzifədən səhhətimlə bağlı yazdığım ərizə əsasında çıxmağım nədənsə təhrif olunmuş, guya şirkət rəhbərliyi tərəfindən bu vəzifədən çıxarılmağım, hətta qovulmağım barədə şaiyə yayılan informasiyanın leytmotivini təşkil etmişdir.

Uzun illər AzTV və İTV də yaradıcılıq sahəsində, habelə bir sıra məsul vəzifələrdə çalışmış, son illər isə İTV Həmikarlar İttifaqı Komitəsinə rəhbərlik etmişəm.Elə avqustun 6-da komitəyə yeni sədr seçkisi ilə bağlı keçirilən ümumi yığıncaqda baş direktor C.Quliyev və digər əməkdaşlar təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, ünvanıma tərifli sözlər söylədilər, fəailiyyətimə yüksək qiymət verdilər.Təbii ki, ərizə yazanda mən bütün bunları heç kimdən xahiş etməmişdim. Hər kəs qəlbinin hömkü ilə uzun illər birgə çalışdıqları, səmərəli fəaliyyəti göz qabağında olan iş yoldaşları barədə həqiqəti dilə gətirmişdilər. Təssüf ki, bəzi araqarışdıranlar iclas salonunu tərk edər-etməz mətbuata   guya mənim tutduğum vəzifədən uzaqlaşdırıldığım barədə məlumat ötürüblər. Bunu gündəmdə olan bir məsələ ilə əlaqələndiriblər ki, heç demə mən işdən çıxan, yaxud çıxarılan əməkdaşların hüququnu müdafiə etdiyim üçün cəzalandırılmışam. Yeri gəlmişkən, komitənin yeni seçilmiş sədri Elşən Səfərova gələcək fəaliyyətində uğurlar arzulayıram.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı