Vaşinqtonda keçirilmiş ikigünlük nüvə təhlükəsizliy sammitində liderlər yekun rəsmi Bəyanat qəbul edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sammit iştirakçıları fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə terrorizmi təhlükəsinin qarşısının alınmasna sadiq qaldıqlarını bildiriblər. Liderlər qeyd ediblər ki, nüvə təhlükəsizliyi sahəsində nailiyyət əldə olunması üçün məsuliyyətli milli tədbirlər və daimi səmərəli beynəlxalq əməkdaşlıq tələb olunur.
Bəyanatda beynəlxalq fiziki nüvə təhlükəsizliyi sahəsində əsas rolun MAQAT-yə ayrıldığı əskini tapıb. Sammit iştirakçıları fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilmsi üzrə fəaliyyət planı qəbul ediblər. Bu fəaliyyət planı barədə prezident Barak Obama məlumat verib. Nüvə təhlükəsizliyi sammitinin nəticələrini alqışlayan Obama ilk növbədə bəyan edib kir, bu sammit ölkələrin birlikdə nəyə qadir olduğunu göstərib. Onun sözlərinə görə, tədbirdə iştirak edən 49 ölkə dünyada nüvə materiallarının təhlükəsizliyini təmin etmək üçün 4 müddəadan ibarət planı razılaşdıra bilib. "Birincisi, təhlükənin ciddiliyi qəbul edildi. Bəyan edildi ki, nüvə terrorçuluğu beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biridir. İkincisi, bütün iştirakçı ölkələr nüvə təhlükəsizliyinə aid olan materiallar üzərində nəzarətin zərurətini dəstəklədilər. Üçüncüsü, bir daha təsdiqləndi ki, nüvə materialları və obyektlərin təhlükəsizliyinin təmin edilməsi ölkələrin payına düşən beynəlxalq öhdəliklərin əsasını təşkli edir. Dördüncüsü, razılaşdırıldı ki, təhlükələrin qarşısı ölkələr tərəfindən təkbaşına alına bilməz. Bu səbəbdən də, biz bütün ölkələri təhlükəsizlik məsələsində əməkdaşlığa çağırırq", - deyə Barak Obama bildirib.
Sammitin sonuncu günü danışan Obama deyib ki, ölkələr arasında nüvə müharibəsi təhlükəsi azalsa da, “Əl-Qaidə” kimi terror qrupları nüvə materialları əldə etməyə çalışır.