Modern.az

Çində zəlzələ qurbanlarının sayı 300-ə çatıb

Çində zəlzələ qurbanlarının sayı 300-ə çatıb

Təhsil

14 Aprel 2010, 10:19

Aprelin 14-də keçən gecə Çində dağıdıcı zəlzələ olub. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Tsinxay əyalətində baş verən yeraltı təkanın gücü 7,1 bal olub. Təbii fəlakət nəticəsində yüzlərlə adamın öldüyü və dağıntılar altında qaldığı bildirilir.

Tsinxay əyalətində tikililərin 90 faizinin dağıldığana dair məlumat verilir. Ölümün çox olması zəlzələ baş verən anda sakinlərin birmərtəbəli evlərdə olması ilə izah edilir.

Son məlumatlara görə, Çində zəlzələ qurbanlarının sayı 300-ə çatıb. Bu barədə Çinin “Sinuxa” agentliyi  məlumat yayıb. Məlumatlara görə, dağılmış binaların qalıqları altında  uşqalar da çox qalıb. Onların xilas edilməsi üçün xüsusi texnika tələb olunur.  

Xatırladaq ki. 2008-ci ildə baş vermiş son zəlzələdə 90 min insan həlak olub.

Çində sonuncu güclü zəlzələ 2008-ci ilin mayında baş verib. O zaman 8 ballıq zəlzələ nəticəsində 87 min adam həlak olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı