Modern.az

İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək

İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək

Təhsil

11 Avqust 2013, 19:18


Avqustun 12-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanacaq. “Musavat.com”un məlumatına görə, Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək toplantıda R. İbrahimbəyovun prezidentliyə namizədliyinin müzakirə olunması və rəsmən irəli sürülməsi gözlənilir.

Artıq R.İbrahimbəyovun bununla bağlı sənədlərinin hazır olduğu da bildirilir. Təşəbbüs qrupu qanunvericiliyə uyğun olaraq R.İbrahimbəyovun namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı