Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərinin dəqiq vaxtı açıqlanıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov bildirib. O qeyd edib ki, Putin Azərbaycana avqustub 13-də səfər edəcək.
Prezidentin köməkçisi həmçinin Bakı səfərində müzakirə olunacaq məsələlərdən söz açıb.
Bildirib ki, Vladimir Putinin prezident İlham Əliyevlə nəzərdə tutulan görüşündə 5-6 ikitərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft” və “Lukoyl”un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov daxil olacaq.
Modern.az