Modern.az

Qənirə Paşayeva yol qəzasına düşüb

Qənirə Paşayeva yol qəzasına düşüb

Təhsil

21 Aprel 2010, 19:11

Bu gün saat 13 radələrində Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında zəncirvari qəza baş verib. APA-nın
xəbərinə görə, işıqforda maşınlar dayanan zaman arxadan gələn qadın sürücünün idarə etdiyi “Mercedes” markalı maşın qarşıdakı “Hundai-Sonata” markalı avtomobilə çırpılıb. Bu maşın isə həmin vaxt işıqforda dayanmış millət vəkili Qənirə Paşayevaya məxsus “Toyota Prado” markalı maşına dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlum olub ki, qəzaya “Mercedes” markalı maşının xanım sürücünün sükan arxasında telefonla danışması səbəb olub.

Q. Paşayeva hadisənin baş verdiyini təsdiqləyib. Millət vəkili avtomobili zərər çəksə də, özünü və sürücüsünün səhhətində heç bir problem yaranmadığını deyib: “Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanda bəzən sürücülər maşın idarə edərkən məsuliyyətlərini dərk etmədən, diqqətlərini yayındıran vasitələrlə məşğul olub, həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atırlar”.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı