Modern.az

Fransada hicabı qadağan edən qanun qəbul olunacaq

Fransada hicabı qadağan edən qanun qəbul olunacaq

Təhsil

22 Aprel 2010, 09:32

Fransa hökuməti ölkə ərazisində bütün ictimai yerlərdə müsəlman qadınlara başörtüyünü qadağan edən yeni qanunun qəbulunu tələb edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa prezident administrasiyasındakı mənbə bildirib.   Prezident Nikola Sarkozının mətbuat xidmətindən verilən məlumata görə,  qanun layihəsi gələn ay nazirlərin müzakirəsinə təqdim ediləcək. Qanun layihəsinə əsasən ölkə boyu müsəlman qadınlara örtüklə xəstəxanalar, məktəblər və ictimai nəqliyyat da daxil edilməklə, bütün ictimai yerlərə çıxmağa qadağa qoyulur. Fransa prezidenti Sarkozınin sözlərinə görə, müsəlman qadınların örtükdən istifadə etməsinə icazə verilməməlidir. O, üz örtüyünün  Fransa dəyərlərinə zidd olduğunu deyib. Belə bir qadağanın mümkünlüyü barədə debatlar Avropada ən çox müsəlmanın məskunlaşdığı ölkədə artıq aylardır ki, davam edir. Rəy sorğuları əksər fransızların qadağanı dəstəklədiyini göstərir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı