Beynəlxalq Böhran Qrupunun rəhbəri Sabina Freyzer hesab edir ki, 2011-ci ildə keçiriləcək parlament seçkilərinə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə olunana qədər Türkiyə parlamentində erməni-türk protokollarının imzalanmasına heç bir ümid yoxdur. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Freyzer bu barədə Global Post qəzetində dərc olunmuş məqaləsində yazır. O qeyd edib ki, protokolların imzalanması üçün Ermənistan prezidentinə təzyiqlər olunur. Onun sözlərinə görə, erməni parlamentində protokolun imzalanması Ermənistana beynəlxalq inamı artıracaq. Ekspert Ankara və İrəvana prosesin inkişaf etdirilməsi üçün protokolların mübahisəli bəndlərini bir kənara qoymağı məsləhət görür. Freyzer qeyd edib ki, prosesə diplomatik əlaqələrin qurulması və qarşılıqlı surətdə sərhədlərin tanınmasından başlmaq lazımdır.