Modern.az

Milli Ordunun əsgəri silahla özünü vurdu

Milli Ordunun əsgəri silahla özünü vurdu

Təhsil

2 Oktyabr 2013, 12:15

Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Nadir Məhərrəm oğlu Şabanov tabeliyindəki silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı