Modern.az

Mikayıl Cabbarov Qarabağ bölgəsində şikayətçiləri dinləyəcək

Mikayıl Cabbarov Qarabağ bölgəsində şikayətçiləri dinləyəcək

Təhsil

12 Noyabr 2013, 15:47

Təhsil naziri Mikayıl Cabbarov Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Ağdam və Füzuli rayonlarında yaşayan vətəndaşlarını qəbul edəcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, qəbul noyabrın 15-i saat 10:00-da nazir Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi //www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Aytən Əliyeva   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı