Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Park ərazisində, dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub.
FHN-in saytında yayımlanan məlumata görə, nazirliyin dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Modern.az