Modern.az

Təhsil Nazirliyi xaricə göndərilən tələbələrin necə seçildiyini AÇIQLADI

Təhsil Nazirliyi xaricə göndərilən tələbələrin necə seçildiyini AÇIQLADI

Təhsil

29 Noyabr 2013, 10:33

Təhsil Nazirliyi tərəfindən xarici ali məktəblərə mərkəzləşdirilmiş şəkildə qəbul imtahanları keçirilmir. Bunu xaricə göndərilən tələbələrin necə seçildiyinə dair Modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. Qeyd edilib ki, xaricdə dövlət hesabına təhsil “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

“Hər il Dövlət Proqramı sənəd qəbulu elan olunduğu zaman Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunan “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq universitetlərdən birinə qəbul olunan (və ya artıq təhsil alan) Azərbaycan Respublikası vətəndaşı müvafiq qaydalara əsasən elanın tələblərinə uyğun olaraq Təhsil Nazirliyinə müraciət edir.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün iddiaçılar sənədləri təqdim etdikdən sonra müsahibələrə dəvət olunurlar, bu il ilk dəfə olaraq keçirilmiş müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Dövlət Neft Fondu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Dillər Universiteti, Turizm İnstitutu və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər”.
Nazirlikdən Moden.az-a bildirilib ki, müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur və digər akademik göstəriciləri nəzərə alındıqdan sonra namizədlikləri Prezident yanında Təhsil üzrə Komissiyaya təqdim olunur.  Təhsil üzrə Komissiya tərəfindən namizədlərin adları təsdiqləndikdən sonra həmin şəxslər Dövlət Proqramı təqaüdçüsü adını qazanırlar.

“Eyni zamanda bildiririk ki, iddiaçının Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarında iştirak edərək topladığı yüksək bal ona müsabiqə zamanı üstünlük verə bilər” –deyə Təhsil Nazirliyindən bildirilirb

Aytən Aliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı