Modern.az

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasına gedib - FOTOLAR

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin yeni bazasına gedib - FOTOLAR

Təhsil

29 Noyabr 2013, 11:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir hərbi-dəniz bazasındakı qərargah binası, yataqxana, tibb məntəqəsi, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələrinin yaşaması üçün yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı