Modern.az

"Azadlıq" Bakıda etiraz aksiyası keçirdi

"Azadlıq" Bakıda etiraz aksiyası keçirdi

Təhsil

29 Noyabr 2013, 14:22

"Azadlıq" qəzetinin kollektivi bu gün "Qasid" yayım firmasının qarşısında piket keçirib. Kollektiv firmanın qəzetə olan 60 min manatdan artıq borcunu verməsini tələb edib. Aksiyaya cavab olaraq "Qasid"in direktor müavini Ağəli İsmayılov qəzetin rəhbərliyi ilə görüşüb. O, qəzetə borcu etiraf etdiklərini, lakin bunu ödəməyə hazırda imkanlarının olmadığını deyib və dekabrın 5-ə qədər vaxt istəyib. Bildirib ki, həmin gün qəzet rəhbərliyi ilə problemi əsaslı şəkildə müzakirə edib, çıxış yolu tapmağa çalışacaqlar.


Modern.az

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır