Modern.az

Yenidən bərpa edilən “Arşın mal alan”ın premyerası olacaq

Yenidən bərpa edilən “Arşın mal alan”ın premyerası olacaq

Təhsil

29 Noyabr 2013, 17:09

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən «Arşın mal alan» filmi yeni ekran həyatını yaşayır. Modern.az-ın məlumatına görə, dekabrın 10-da Heydər Əliyev Mərkəzində bərpa edilən və rənglənən «Arşın mal alan» filminin premyerası keçiriləcəkdir. Bununla əlaqədar premyera mərasiminin videçarxı yayımlanıb.

Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı  Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. “Arşın mal alan”  indiyə qədər 136 ölkədə nümayiş etdirilmiş və 86 dilə tərcümə olunub.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...