Modern.az

“Freedom House” qondarma “DQR”i “qismən azad” ölkə adlandırıb

“Freedom House”  qondarma “DQR”i “qismən azad” ölkə adlandırıb

Təhsil

25 Yanvar 2014, 10:16

Dünyada siyasi və vətəndaş azadlıqlarının araşdırılması ilə məşğul olan “Freedom House” qeyri-hökumət təşkilatı yanvarın 23-də illik hesabatını açıqlayıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, guya həmin hesabatda qondarma Dağlıq Qarabağ Respublikası ötən ildəki kimi hər iki kriteriya üzrə “5” qiymətə layiq görülüb və yenə “qismən azad” ölkə sayılıb.

“Freedom House”nin Azərbaycanda insan haqları ilə bağlı məsələyə qərəzli yanaşdığı artıq çoxdan sübut olunub. Göründüyü kimi, bu dəfə, həmin təşkilat Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi yanlışlığa yol verib. Birincisi, o səbəbdən ki, dünyanın heç bir dövləti, heç bir beynəlxalq təşkilat Dağlıq Qarabağdakı separatçı rejimin elan etdiyi qondarma respublikanı tanımır. İkincisi, dünyanın bütün dövlətləri məhz Qarabağ münaqişəsi məsələsi ortaya çıxanda bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı