Modern.az

Ramil Usubov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisini təqaüdə göndərdi

Ramil Usubov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisini təqaüdə göndərdi

Təhsil

25 Yanvar 2014, 11:09

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev vəzifəsindən azad edilib. Modern.az saytı AzNews.az-a istinadən bildirir ki, Baş İdarəyə çevrildikdən sonra daxili işlər naziri Ramil Usubov C.Şıxəliyevin yenidən Baş İdarənin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalamayıb.

57 yaşlı Cavad Şıxəliyev 1983-cü ildən Daxili İşlər Orqanlarında xidməti fəaliyyətə başlayıb. 1983-1995-ci illərdə müstəntiq və baş müstəntiq, 1995-1996-cı illərdə Zaqatala  rayon Polis Şöbəsinin rəis müavini, 1996-1999-cu illərdə  Şəmkir rayon Polis Şöbəsinin, Kür Polis Bölməsinin rəisi vəzifələrində işləyib, 1999-cu ilin sentyabr ayından irəli çəkilərək 2002-ci ilədək  Samux rayon Polis Şöbəsinin, 2002-2004-cü illərdə Ağcabədi rayon Polis Şöbəsinin, 2004-2007-ci illərdə Xaçmaz rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət edib.
2007-ci ilin dekabr ayından indiyədək DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində işləyirdi.

Hazırda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini əvvəllər rəis müavini olmuş İmran Nəcəfov yerinə yetirir.
Məlumat üçün bildirək ki, İ.Nəcəfov 1954-cü ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Volqoqrad şəhərinin Ali İstintaq Akademiyasının əyani şöbəsini bitirib.
1977-ci ildən Daxili İşlər Orqanlarında xidməti fəaliyyətə başlayıb.
1984-2003-cü illərdə istintaq və əməliyyat aparatlarında müxtəlif vəzifələrdə işləyib.
2003-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2006-cı ilin yanvar ayindan avqust ayinadək Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib.
2006-cı ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı