Modern.az

Sabahın hava PROQNOZU: Yağış, sulu qar, külək

Sabahın hava PROQNOZU: Yağış, sulu qar, külək

Təhsil

25 Yanvar 2014, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, əsasən, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qar yağacaq, şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 26-da havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Yanvarın 26-da əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Aran rayonlarında yanvarın 26-da havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.

 

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı